"Görən də "Oskar"ı var düşünər" - Çağatay tənqid olundu

"Görən də "Oskar"ı var düşünər" - Çağatay tənqid olundu
2142 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur telekanallarından olan "FOX TV"nin adı dəyişdirilərək "Now" olub.

Axşam.az-ın məlumatına görə, bununla bağlı telekanal tanıtım videosu hazırlayıb. Çəkilişdə hazırda kanalda yayımlanan əsas proqramların aparıcıları və serialların baş rol ifaçıları yer alıb. Kadrlarda "Gaddar" serialında baş rolu canlandıran Çağatay Ulusoyun olmaması diqqət çəkib.

İddia edilib ki, aktyor müqaviləsində tanıtım çarxında yer almaq maddəsi olmadığına görə çəkilişlərə qatılmayıb. O, şirkətin bütün israrlarına rəğmən "müqaviləmdə yoxdur" deyərək, təklifdən imtina edib.

Bu isə izləyicilərin qəzəbinə səbəb olub. İzləyicilər layihəsinin reytinq toplaya bilmədiyini xatırladaraq, onun bu eqosunu qınayıblar.

Aktyorun ünvanına "Eqosuna bax, görən də "Oskar"ı var düşünər", "Çağatayın eqosu artıb, sanki rol aldığı serial reytinq qırır", "Serialı reytinq yığmır, yəqin ona görə qatılmayıb" kimi tənqid dolu şərhlər yazılıb.