Tom Kruz rus modellə sevgili olduğunu təsdiqləyib

Tom Kruz rus modellə sevgili olduğunu təsdiqləyib
380 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Tom Kruzun rus əsilli keçmiş model Elsina Hayrova ilə eşq yaşadığı iddia edilib.

Axşam.az-ın məlumatına görə, 61 yaşlı aktyor aralarındakı münasibəti təsdiqləyib. "Daily Mail" nəşrinin məlumatına görə, cütlük artıq bir neçə həftədir sevgilidir. Lakin onlar münasibətlərini gizli saxlamağa çalışırlar.

Qeyd edək ki, Elsina Dövlət Dumasının keçmiş deputatının 36 yaşlı qızı və brilyantla məşğul olan oliqarx Dmitri Tsvetkovun keçmiş həyat yoldaşıdır. O, evliliyi müddətində paltarlara 10 milyon funt-sterlinq, çantalara təxminən iki milyon və bir neçə il davam edən boşanma üçün daha 150 milyon funt-sterlinq xərcləməsi ilə gündəmə gəlib.