"Presli mənimkindən kiçik evdə yaşayıb, utandım" - Emin

"Presli mənimkindən kiçik evdə yaşayıb, utandım" - Emin
2932 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov aif.ru saytına müsahibəsində məşhur britaniyalı estrada müğənnisi Engelbert Hamperdink və mərhum rok-n-roll kralı Elvis Preslinin keçmiş həyat yoldaşı, aktrisa Prissilla Ann Presli ilə tanışlığından danışıb.

Axşam.az xəbər verir ki, ifaçı Elvis Preslinin mahnılarından ibarət "Now or Never" albomunu təqdim edib. O, Prissilla ilə prodüser Devid Foster vasitəsi ilə tanış olduğunu deyib:

"Fosterin Elvislə öz keçmişi var. O, Elvisin sonuncu sevgilisi Linda Tompsonla evlənmişdi. Foster məni Prissilla ilə tanış etdi. Bir dəfə Los-Ancelesdə Fosterlə şam yeməyinə getdik və mən ona yenidən Elvis haqqında danışdım. Səhər isə hotel otağımda naməlum Amerika nömrəsindən gələn zəngə oyandım. Zərif qadın səsi dedi: “Salam, Emindir? Prissilla Presleydir. Foster səndən yaxşı biri kimi bəhs etdi. "Qreyslend"ə (E.Presliyə məxsus malikanənin adı - red.) gəlmək istərdinizmi?" deyə, o, soruşdu. "Mən indi gələ bilərəm" deyə, cavab verdim. Dərhal bilet aldım və Memfisə uçdum...

Məlum oldu ki, Preslinin mahnılarını oxumaq o qədər də asan deyil. Düşünürsən ki, nə var ki? Mən də bunu edə bilərəm. Karaoke oxuyanda hər şey asan görünür. Studiyada hər bir mahnını ifa etməyə başlayanda  böyük sənətkarların öz dövrünün nə qədər qabaqda olduğunu başa düşürsən. Redaktənin mümkün olmadığı bir dövrdə onlar hər şeyi bir çəkilişdə ediblər.

Biz elə bu üsulla səs yazmaq qərarına gəldik. Bəzən düzgün versiyanı tapmaq üçün 8 çəkiliş etdik. Dinlədim və yenidən 8 çəkiliş. Foster etiraf etdi ki, Elvis həqiqətən də dahi idi".

Emin rok kralının malikanəsi ilə bağlı təəssüratlarını isə belə ifadə edib:

"Qreyslend"in virtual turuna baxanda mənə geniş və nəhəng göründü. Amma ora gedəndə məyus oldum. Presli mənimkindən kiçik bir evdə yaşayıb. Hətta bir az utandım. Evin dekorasiyası çox qəşəng və rahatdır. Evi gəzib Elvisin oradakı divanda əyləşib televizora baxdığını anlayanda nəfəsin kəsilirdi".

Müğənni Fosterin bu iş qarşılığında ondan aldığı qonorardan danışıb:

"Bu, onun üçün bu, sırf məşğuliyyət idi. Foster o qədər məşhur, dünya şöhrətli sənətçilərlə işləyib ki, Emin Ağalarovun bir-iki yüz min dolları çətin ki, onu maraqlandırsın. Çox yüksək keyfiyyətli iş gördük, mənim üçün bu, imkanlarımın son həddidir".

Emin E.Hamperdinklə tanış olduğu anı belə xatırlayır:

"O, "Avroviziya"da Böyük Britaniyanı təmsil edəndə Bakıda tanış olmuşuq və mən müsabiqənin xüsusi qonağı kimi çıxış etmişəm. Qaldığı hotelin foyesində ona yaxınlaşdım və böyük pərəstişkarı olduğumu dedim. O, Elvislə uzun illər dost olub. Sonra Bakıda onunla görüşəndə ​​gördüm ki, boynunda ildırım olan qızıl boyunbağı və ingiliscə TCB ("Mən işin qayğısına qalıram") hərfləri yazılıb (Preslinin dostlarına hədiyyəsi idi -  red.)".