Emin Cennifer Lopesi Bakıya gətirir?

Emin Cennifer Lopesi Bakıya gətirir?
3008 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov Bakıda keçiriləcək “Dream fest” beynəlxalq musiqi festivalından danışıb.

Axşam.az xəbər verir ki, ifaçı festivalda bir çox dünya ulduzunun iştirak edəcəyini açıqlayıb. O, "Jara" festivalının adını niyə dəyişdirməsinə aydınlıq gətirib:

"Beynəlxalq səviyyəli festival keçirmək, onun coğrafiyasını genişləndirmək, həm xarici, həm də Rusiya ulduzlarının iştirak edəcəyi bir fürsət yaranıb. Kanal və radio Rusiyada işləməyə davam edir. Yeri gəlmişkən, aprelin 4-də keçiriləcək "Heat Music Awards" da var".

Emin bu il festivalda hansı əcnəbilər çıxış edəcəyini açıqlayıb:

"27 iyulda Engelbert Hamperdink, Nikol Şerzinger, Ketrin Makfinin iştirak edəcəyi Devid Foster axşamı olacaq. Orada əsasən Fosterin mahnıları səslənəcək. Foster özü də çox yaxşı oxuyur. Bu, keyfiyyətli musiqi həvəskarları üçün fantastik bir axşam olacaq. Həmçinin xarici ulduzlar arasında biz artıq Gipsi Kinqs, Tomas Anders, Rafet EL Roman, Imanbek, Kreyq Devidlə razılaşmışıq. Lorin, Cek Savoretti, Bosson, Seal və başqaları ilə danışıqlar aparırıq.

Düşünürəm ki, yaya yaxın 200-ə yaxın belə iştirakçımız olacaq. Onlar arasında rusiyalı sənətçilər də yer alacaq. Yayımla bağlı "NTV" ilə danışıqlar aparırıq və birlikdə yeni festival konsepsiyası üzərində düşünürük. Əvvəlcə hansı sənətçilərin iştirak etdiyini aydınlaşdıracağıq, sonra onları konsertlərə görə böləcəyik. Çox xoşbəxtəm ki, bu il bütün ulduzları Xəzər dənizinin sahilindəki məkanımda yerləşdirmək imkanımız olacaq. Sənətçilər yaşayış yerləri ilə yanaşı, infrastrukturun bütün üstünlüklərindən - çimərliklərdən, 20 restorandan, spa mərkəzlərindən, fitnes salonlarından istifadə etmək imkanı əldə edəcəklər. Ulduzları öz torpaq sahəsi olan 400 kvadratmetrlik şəxsi villalar təəccübləndirəcək. Bilirəm ki, festivalın uğurlu keçməsi, həm sənətçilərin, həm də tamaşaçıların özlərini rahat hiss etmələri üçün hər şeyi etmək vacibdir. Çalışacağam ki, hamı bizə yenidən gəlmək arzusunda olsun. Axı, bu qədər fərqli sənətçini bir araya toplayanda həqiqətən heyrətamiz və möhtəşəm bir şey ortaya çıxmalıdır".

O, dünya ulduzlarının alacaqları qonorarlarla bağlı bu fikirləri səsləndirib. Emin eyni zamanda dünya ulduzu Cennifer Lopeslə danışıqlar apardıqlarını deyib:

"Fosterin bütün böyük sənətkarlarla əlaqəsi var və o, burada da mənə kömək edir. Kiminlə əlaqəm varsa, məsələn Cennifer Lopez onunla da danışıqlar aparırıq. Belə sənətçilərlə iş çətinləşib, qonorar, tələblər artıb. Həll edilməli olan bir çox texniki məsələlər var".