"Aynen aynen" serialının yeddinci mövsümü çəkiləcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi "BluTv"də yayımlanacaq. Hazırda baş rol aktyorlarının seçimi edilir.
Qeyd edək ki, daha öncə serialın baş rollarını Kerem Bürsinlə Nilperi Şahinkaya canlandırıb.