Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest sosial şəbəkədə həyat yoldaşı Bianka Censorinin yarıçılpaq görüntülərini paylaşmasının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqramda paylaşdığı videoda danışıb:
"Həyat yoldaşımı üç dəfə bilərəkdən paylaşdığımı sizə demək istəyirəm. Şərhlərdə insanlar davamlı olaraq "Niyə partnyorunuzu paylaşırsınız?" soruşur. Çünki o məni xoşbəxt edir. Hamınız mənim musiqimdən razısınız, çünki mən xoşbəxtəm. Neqativ olmağı dayandırın, əgər səhifəmi və məzmunumu bəyənmirsinizsə, uzaqlaşın. Ciddiyəm, məni, "Kralı" rahat buraxın".
Qeyd edək ki, Kanyenin paylaşımlarından sonra izləyicilərində onun səhhəti ilə bağlı şübhələr yaranmışdı. Bəziləri onu bu əməlinə görə tənqid də etmişdilər.