Rusiyalı aktyor İqor Petrenko axtarışa verilib.
Axşam.az xəbər verir ki, buna səbəb aktyorun aliment borcunu ödəməməsidir. “Shot” teleqram kanalının məlumatına görə, İqorun keçmiş həyat yoldaşı, aktrisa Yekaterina Klimovadan olan iki oğluna görə 9,2 milyon aliment borcu var.
Bildirilib ki, aktyor bir ildən çoxdur ki, aliment ödəmir.
Belə ki, aktyor ötən il digər uşaqlarının olmasını əsas götürərək məhkəməyə alimentin azaldılması üçün müraciət etsə də, rədd cavabı almışdı.
Qeyd edək ki, İqor və Yekaterina 2014-cü ildə boşanıblar. Aktyor daha sonra Kristina Brodskaya ilə evlənib. Onun bu evlilikdən üç qızı var.