Lolitanın da konserti ləğv edildi

Lolitanın da konserti ləğv edildi
345 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur müğənni Lolita Milavskayanın Yekaterinburqdakı konserti ləğv edilib.

Axşam.az xəbər verir ki, martda keçirilməsi planlaşdırılan konsertin biletlərinin satışı ötən gündən etibarən dayandırılıb.

Məsələ ilə bağlı açıqlamada konsertin məkandan asılı olmayan səbəblərə görə baş tutmayacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin 3, "Slot" metal qrupunun 3, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) 2, Feduk kimi tanınan müğənni Fyodor Andreeviçin isə 1 konserti ləğv olunub.