Səhhətindəki problemlərə görə, "Survivor All Star 2024"dən ayrılan yarışmacı Turabi Çamkıran xəstəxanalıq olub.
Axşam.az xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edib.
"Sınıq-çıxıq üçün gəldik, reanimasiyaya yerləşdirildik. Ciddi infeksiyam var imiş. Qaraciyərimin sıradan çıxmasına az qalıb. Hər zaman hansısa şouda ölməyi arzulamışam. Az qala gerçəkləşəcəkdi. Bir "Survivor"dan çıxıb digərinə girdik. Görək, bundan çıxa biləcəyik?" deyə, Turabi yazıb.
