Türkiyəli müğənni Hadisə yutubda "Purple Hej"kanalına müsahibə verib.
Axşam.az-ın məlumatına görə, ifaçı məşhurluğun həyatında yaratdığı çətinliklərdən şikayətlənib.
"Bəzi dövrlər heç bir musiqiyə dözə bilmirəm. Siyahıda hər zaman eyni adlar olur. Hər kəs mənim "Qalatasaraylı" olduğumu düşünür. Lakin heç bir komandanı tutmuram.
Hadisə olmasaydım İstanbul daha gözəl yer olardı mənim üçün. Şikayətci deyiləm, amma istədiyim yerə gedə, rahat gəzə bilmirəm. Xaricdə daha rahat gəzirəm" deyə, Hadisə söyləyib.