Majestik ləqəbi ilə tanınan meksikalı reper Oscar Alan Vazquez vəfat edib.
Axşam.az xəbər verir ki, 24 yaşlı reper Meksikada dənizdə boğularaq dünyasını dəyişib.
4 dostu ilə çimərliyə gedən Majestik suda boğulub. İlkin yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.