"Kızılcık şerbeti"nə görə kanala ikinci cəza

"Kızılcık şerbeti"nə görə kanala ikinci cəza
1591 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kızılcık şerbeti" serialı növbəti dəfə RTÜK (Türkiyədə Radio və Televiziya Ali Şurası) tərəfindən cərimələnib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə serialda təmizlik vasitələrinin həddindən artıq göstərilməsi olub. "Show" telekanalına 2 faiz pul cəzası verilib.

Qeyd edək ki, daha öncə də serialda qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Bunun ardınca RTÜK serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə etmişdi.