“Barbie” filminin rejissoru Qreta Gerviq Amerikanın “Time” jurnalı tərəfindən ilin qadını seçilib.
Axşam.az xəbər verir ki, bu barədə nəşrin saytında bildirilir.
Qeyd olunub ki, son bir ildə “Barbie” filmindən daha çox təsiredici yaradıcılıq uğurları az olub. Gerviqin filmi 1,4 milyard dollardan çox gəlir əldə edib.
Siyahıda Gerviqdən başqa tennisçi Koko Qauff, aktrisa Taraji P.Henson, “Chanel”in baş direktoru Lina Nair, "Nobel" mükafatı laureatı Klaudiya Qoldin və müğənni Andra Dey da var.