Hollivud ulduzu Tom Kruz rus əsilli keçmiş model Elsina Hayrovadan ayrılıb.
Axşam.az xəbər verir ki, bir neçə həftədir birlikdə olan cütlüyün hansı səbəbdən münasibətlərinə son qoyduğu açıqlanmayıb. Amma 61 yaşlı aktyorla 36 yaşlı model dost münasibətlərini saxlayıb və hazırda eyni binada yaşayırlar.
Qeyd edək ki, Elsina Dövlət Dumasının keçmiş deputatının qızı və brilyantla məşğul olan oliqarx Dmitri Tsvetkovun keçmiş həyat yoldaşıdır. O, evliliyi müddətində paltarlara 10 milyon funt-sterlinq, çantalara təxminən iki milyon və bir neçə il davam edən boşanma üçün daha 150 milyon funt-sterlinq xərcləməsi ilə gündəmə gəlib.