Müğənni Qan Kelli bədəninin yarısını döymə etdirib.
Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında yeni fotolarını paylaşıb. O, sinə, kürək və qollarına qara döymə etdirib. Onun sinəsində xaç işarəsi də yer alıb.
"Yalnız mənəvi məqsədlər üçün" deyə, Kelli şəklə qısa şərh yazıb.
Qeyd edək ki, Kelli model Meqan Foksla nişanlıdır.

