4 il aradan sonra "Ömər"lə qayıdır - Foto

4 il aradan sonra "Ömər"lə qayıdır - Foto
1264 dəfə oxunub
  • A-
  • A
  • A+

"Star" telekanalında yayımlanan "Ömər" serialına yeni aktrisa daxil olacaq.

Axşam.az xəbər verir ki, ekran işində Ayfer Dönmez rol alacaq. O, layihədə "Nehir" obrazına həyat verəcək. Aktrisa 46-cı bölümdən etibarən tamaşaçı qarşısına çıxacaq.

Qeyd edək ki, serialın baş rollarını Selahattin Paşalı ilə Gökçe Bahadır canlandırır.

2 il əvvəl ana olan Ayfer sonuncu dəfə 2020-ci ildə "Yeniden Leyla" adlı ekran işinə çəklib.