Türkiyəli müğənni Yılmaz Morgül həmkarı Bülənt Ərsoyu təhqir edib.
Axşam.az xəbər verir ki, ifaçı Ərsoyun mərhum türk müğənni Zeki Mürənlə bağlı son açıqlamasına münasibət bildirib.
"Mənə zəng vurmağa cəsarət edə bilməz. Onun adını belə ağzıma almıram. Ölünün arxasıyca danışmazlar, rəhmət oxuyarlar. Özünü sənətçi hesab edən biri xalqın ən çox sevdiyi star haqqında özəl həyatını müzakirə edərək, beldən aşağı danışmağı bir qırağa qoyun, bəstələrini özünün etmədiyini deyə bilməz. O, sənətçini oğurluqda ittiham edir. Bu, çox kədərlidir. Ona yalnız bir söz deyirəm, əsla, qarşıma çıxma.
O, özünə "Türkiyənin ən böyük sənətçisiyəm" deyəcək qədər yolundan çıxıb. Səni duelə dəvət edirəm, cəsarətin varsa, gəl. Öz ağlına görə Zeki Mürəni aşağılayır. Başa düşürəm, onun problemləri var. "B.E" adlı şəxs, sən, sənətçi sinfini haqq etməyən birisən. Səni insan kimi belə qəbul etmirəm. Ağlından şübhəliyəm. Ölsün!" deyə, Yılmaz Ərsoyun ünvanına sərt ifadələr səsləndirib.
Qeyd edək ki, Ərsoy Mürən haqqında son olaraq "Zəki Müren qəddar bir insan idi. Bunu heç kim bilmir, amma o, məni qısqandığı üçün öldü. Normalda 38 həb qəbul edirdi, amma öldüyü gün heç birini içmədi. Orada infarkt keçirdi və öldü" ifadələrini səsləndirib.