Müğənni Oleq Mayaminin Rusiyadakı konserti ləğv edilib.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında paylaşıb.
Bildirilib ki, 17 martda Permdə keçirilməsi planlaşdırılan konsert ondan və təşkilatçılardan asılı olmayan səbəblərə görə baş tutmayacaq.
Qeyd edək ki, ötən gün Xalq artisti Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib.
Daha əvvəl isə Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin 3, "Slot" metal qrupunun 3, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) 2, Feduk kimi tanınan müğənni Fyodor Andreeviç və Lolita Milavskayanın isə 1 konserti ləğv olunub.