İranda "Salman Farsi" serialının çəkilişi zamanı qəza baş verib.
Axşam.az İRNA-ya istinadən xəbər verir ki, hadisəyə səbəb iki sütunla birləşdirilmiş taxta və daş asma körpünün uçması olub.
Sənətçilər məşq edərkən körpü təzyiqə tab gətirməyib. Hadisə nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Xəsarət alanlar helikopterlə xəstəxanaya yerləşdirilib.