Rusiyalı aktyor Pavel Markin vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor fevralın 4-də təcili yardım maşınında dünyasını dəyişib. Onun 53 yaşı var idi. Lakin Markin fevralın 29-da dəfn edilib və onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Markin 70-dən çox filmdə oynayıb. O, həmçinin “Mənim ədalətli dayəm”, “Əsgərlər” və “Qanun polisi” seriallarında rol alıb.