Amerikalı müğənni-bəstəkar, tiktoker Ket Cenis vəfat edib.
Axşam.az xəbər verir ki, o, 31 yaşında xərçəngdən dünyasını dəyişib.
Ket yumşaq toxuma və sümüklərdə xərçəngin nadir forması olan sarkomadan əziyyət çəkirdi.
Qeyd edək ki, onun "Dance You Outta My Head" mahnısı tiktokda viral olub. Onun Loren adlı 7 yaşlı bir oğlu var.