Rusiyanın "Na-na" qrupunun məşhur prodüseri, musiqiçi Bari Alibasov xəstəxanadan evə buraxılıb.
Axşam.az xəbər verir ki, bu addım onun həyat yoldaşı Yelena Kalininanın israrlı tələblərindən sonra atılıb.
Lakin həkimlər prodüserin vəziyyətindən narahat olduqlarını bildiriblər. "Mash" teleqram kanalının məlumatına görə, həkimlər Alibasovun xanımına xəbərdarlıq ediblər ki, onun vəziyyəti kəskin şəkildə pisləşə bilər və bundan sonra o, daha işə qayıda bilməz.
Prodüserin meneceri bildirib ki, o, demək olar ki, danışmır və yeriməkdə çətinlik çəkir.
Belə ki, Alibasov uzun müddət reabilitasiya kursu keçməli olacaq.
Qeyd edək ki, prodüserin səhhətindəki problemlər üçüncü mərtəbənin pəncərəsindən yıxıldıqdan sonra başlayıb. O, bir neçə dəfə onurğasından əməliyyat olunub.