Xəbər verdiyimiz kimi, Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulduqdan sonra oğlu Harri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, onlar arasındakı görüş 45 dəqiqiə çəkib.
Görüşdən sonra, Harrinin hotellərdən birində qaldığı bildirilib.
İngiltərə mediasının məlumatına görə, Harri qardaşı Uilyamla görüşməsə də bu xəbər fonunda onunla barışmağa hazırdır.
Lakin Harri Böyük Britaniyada uzun müddət qalmayacaq və tezliklə ailəsi ilə yaşadığı Kaliforniya qayıdacaq.
Şahzadə Uilyam isə atasının xəstəliyi səbəbindən müvəqqəti olaraq dövlət işlərinə qayıdacaq. O, bir müddət əvvəl həyat yoldaşı Keyt Middltonun xəstəliyi ilə əlaqədar işlərə fasilə vermişdi.
Bundan başqa, Uilyam London Hava Təcili Yardımı xeyriyyə təşkilatına dəstək üçün təşkil olunan təntənəli şam yeməyində III Çarlz və Uels şahzadəsi Keyt Middltonla bağlı diləklərə görə, təşəkkür edib.