"İnstasamka" ləqəbi ilə tanınan rusiyalı reper, bloger Darya Zoteeevanın Krasnodardakı konserti yenidən ləğv edilib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, konsertinin ikinci dəfə ləğv olunduğunu desə də, bunun səbəbini açıqlamayıb.
Xatırladaq ki, martın 16-da müğənni 2023-cü ildən təxirə salınmış konsertini verməli idi.
Qeyd edək ki, ötən günlərdə Xalq artisti Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib. Daha əvvəl isə Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin 3, "Slot" metal qrupunun 3, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) 2, Feduk kimi tanınan müğənni Fyodor Andreeviç, Lolita Milavskaya və Oleq Mayaminin isə 1 konserti ləğv olunub.