Puqaçovanın xarici agent kimi tanınması istənilir

Puqaçovanın xarici agent kimi tanınması istənilir
314 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın xarici agent kimi tanınması istənilir.

Axşam.az xəbər verir ki, belə bir müraciətlə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlev çıxış edib.

“Bütün utancını itirmiş Puqaçovanın nəhayət xarici agent kimi tanınmasını tələb edirəm. Nifrət etdiyi Rusiyadan daha pul ala, burada konsertlər təşkil edə bilməməsi, qonorar almaması üçün” deyə, o, bildirib.

Qeyd edək ki, Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Cütlük sonuncu dəfə İsraildə olduqlarını bildirmişdi.